6-cı sinif şagirdinin ölüm səbəbi bilindi

6-cı sinif şagirdinin ölüm səbəbi bilindi

Hacıqabulda 6-cı sinif şagirdinin ölməsi ilə bağlı TƏBİB açıqlama verib.

AzerTimes xəbər verir ki, açıqlamada deyilir ki, 16.05.2024-cü il tarixində saat 20:31-də 2012-ci il təvəllüdlü şəxs (qadın cinsli) dəri və selikli qişalarda sianoz, təngnəfəslik, kaxektik, aqonal vəziyyətdə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə yerləşdirilib.

“Daxil olarkən ilkin diaqnoz təxminən 8-9 ay əvvəl keçirtdiyi ensefalitdən sonrakı ağırlaşma, aspirasion pnevmoniya təyin edilib.

Bakı şəhərindəki tibb müəssisəsinə təxliyə zamanı təcili tibbi yardım avtomobilində həkimlərin səylərinə baxmayaraq, xəstənin ölümü qeydə alınıb”, – deyə açıqlamada qeyd olunur.

Teqlər: