6 ayda ölkədə qəsdən adam öldürmə 1,3 faiz azalıb – Nazir müavini

Xəbər - Samir Əli – Trend:

2021-ci ilin birinci yarısında ölkədə qeydə alınmış cinayətlərin 84,3 faizinin böyük ictimai təhlükə törətməyən və az ağır növlər olub.

AzerTimes-ın məlumatına görə, bunu bu gün Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında Daxili İşlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov deyib.

O bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə qəsdən adam öldürmələr 1,3, adam öldürməyə cəhdlər 11, oğurluqları 31, soyğunçuluq 34, quldurluq 8, avtonəqliyyat vasitələrinin qaçırılması 9,6, xuliqanlıq 6,4, odlu silahın tətbiqi ilə baş verən cinayətlər 32, yol-nəqliyyat hadisələri 0,5, qəzalarda ölənlərin sayı 11, xəsarət alanların sayı 0,5 faiz azalıb. Habelə prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 207 cinayət açılıb, axtarışda olan 2200, o cümlədən ağır və xüsusilə ağır cinayətlərdə təqsirləndirilən 248 şəxs tutulub.

Teqlər: