58 minlik lazer aparatını sındıranlar saxlanıldı

58 minlik lazer aparatını sındıranlar saxlanıldı

Bakıda gözəllik salonunda 58 min manatlıq lazer aparatını sındıranlar saxlanılıb.

Bu barədə AzerTimes-a DİN Mətbuat Xidmətindən məlumat verilib.

Xətai RPİ-nin 36-cı Polis Bölməsinə iyulun 24-də saat 21 radələrində X.Məmmədov küçəsində yerləşən gözəllik salonlarının birinə gələn iki nəfərin çəkiclə oradakı 58 000 manat dəyərində lazer aparatını sındırmaları barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Həsənov və V.Vəliyev müəyyən edilərək saxlanılıblar. Araşdırma aparılır.

Teqlər: