54 yaşlı qadını qatar vurdu, cinayət işi açıldı

54 yaşlı qadını qatar vurdu, cinayət işi açıldı

Salyan rayonunda qatarın qadını vurması ilə bağlı cinayət işi açılıb.

Baş prokurorluğun mətbuat xidmətindən AzerTimes-a bildirilib ki, avqustun 16-sı saat 10 radələrində Salyan-Salmanlı dəmiryol xətinin Salyan şəhəri ərazisindən keçən 45-ci kilometrliyində hərəkətdə olan qatarın 1969-cu il təvəllüdlü Səadət Dadaşovanı vurması nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmaqla ibtidai istintaq aparılır.

Teqlər: