Xəbər - Samir Əli – Trend:
“YAŞAT” Fondu qazilərin xaricdə və ölkədəki klinikalarda müalicəsini təmin etmək üçün lazımi tədbirlər görür və bu prosesi xüsusi qeyd etmək lazımdır.
AzerTimes-ın məlumatına görə, bunu Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edən tibb xidməti polkovniki Firuddin Nəbiyev deyib.
O bildirib ki, “YAŞAT” Fondu bununla bağlı Türkiyədən həkimlər dəvət edir: “Türkiyədən gələn həkimlərin köməyi ilə xaricə müalicəyə göndərilməli olan qazilər müəyyənləşdirilib. 54 qazi Türkiyəyə müalicəyə göndərilib, onlardan 4-ü müalicə alaraq geri qayıdıb. Yaxın müddətdə kimlərin xaricdə müalicəyə ehtiyacı varsa, onların da müalicəsi təmin olunacaq”.