511 Qarabağ qazisinə 2400-dən çox reabilitasiya vasitəsi təqdim edilib

Xəbər - İlhamə İsabalayeva – Trend:

İndiyədək 511 Qarabağ qazisinə 2400-dən çox reabilitasiya vasitəsi təqdim edilib.

AzerTimes-ın məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Cavid Əbdül-Qədirov “Sosial saat”da deyib.


Onun sözlərinə görə, indiyədək Vətən müharibəsində döyüşən 250-dən çox şəxsin əlilliyinin təyinatı aparılıb. Təyinat verilən 15 qaziyə protez təyin edilib: “Belə şəxslər reabilitasiya xidmətlərinə cəlb edilirlər. Qazilər daim diqqət mərkəzindədirlər”.

Teqlər: