Ukrayna ordusu Xerson vilayətində rus hərbçilərinin olduğu binaya raket zərbələri endirib.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
“ Dnepryane yaşauış məntəqəsindəki içərisində 500 nəfərədək rus hərbçisinin olduğu binaya yüksək dəqiqlikli zərbələr endirilib. Zərbələr nəticəsində Tavriya istiqamətində iki yük maşını dolu meyit aparılıb”, – məlumatda bildirilib.
Qeyd olunub ki, yaxınlıqdakı hospitallara 56 yaralı çatdırılıb ki, onların da 16-sı dərhal ölüb. Rusların itkilərinin dəqiq sayı dəqiqləşdirilir.