500 illik dövr bitdi, yeni era başlayır – Belarus

500 illik dövr bitdi, yeni era başlayır – Belarus

500 ildir davam edən kollektiv Qərbin hökmranlıq erası başa çatır.

AzerTimes xəbər verir ki, bunu Belarusun xarici işlər naziri Vladimir Makey İrana səfəri zamanı mediaya açıqlamasında bildirib.

“İndi beynəlxalq münasibətlərdə yenidən təmizləmə gedir. Kollektiv Qərbin 500 il ərzində hökmranlığı qətiyyən yolverilməzdir. Qəbul edilə bilməz, çünki Qərb beynəlxalq hüququn bütün prinsiplərini pozmağa çalışır”, – Makey söyləyib.

Nazirin sözlərinə görə, dünyanın BMT Nizamnaməsinin prinsiplərinə əsaslanacaq yeni beynəlxalq nizama ehtiyacı var:

“1945-ci ildə Birləşmiş Millətlər Təşkilatı yaradılan zaman qarşı-qarşıya gələn dövlətlərin liderləri siyasi iradə və cəsarət tapıb danışıqlar masası arxasına əyləşib, gələcək dünya nizamının prinsiplərini razılaşdırırdılar. Belə bir siyasi iradəyə indi də ehtiyac var. Təəssüf ki, biz bunu Qərb tərəfdaşlarımız tərəfindən hələ görmürük”, – Makey vurğulayıb.

Teqlər: