500 hərbçi axtarış apardı və rus raketini tapmadı

500 hərbçi axtarış apardı və rus raketini tapmadı

Polşa hərbçiləri Rusiya raketinin düşdüyü ehtimal edilən ərazidə (Lyublin bölgəsində – red.) axtarışları yekunlaşdırıb və təhlükə yaradan heç nə tapmayıblar.

AzerTimes xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin məlumatında deyilir.

Bildirilib ki, təxminən 500 əsgər raketin düşdüyü ərazidə raket qalıqlarının axtarışlarına cəlb olunub.

Qeyd edək ki, ötən gün Ukraynadan Polşa hava məkanına Rusiya raketinin daxil olduğu açıqlanmışdı. Bununla bağlı Polşa tərəfi Rusiya müvəqqəti işlər üzrə vəkilini XİN-ə çağıraraq xəbərdarlıq etmişdi.

Teqlər: