Xəbər - Çingiz Səfərli -Trend:
500-dən artıq direktor vəzifəsi boşdur.
Trend xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
“Uzun müddət də boş saxlaya bilmərik. Təyinatlar üçün rəqabət sistemi qurmağa çalışmağa çalışırıq. Rəqabətli əməkhaqı sistemini qurmaqla hesab edirəm ki, bu problem həllini tapacaq”, – deyə nazir qeyd edib.
Nazir bildirib ki, təhsil sistemi genişdir. Problemlərin olması qaçılmazdır.