Azərbaycandan 50 tələbə kənd təsərrüfatı sahəsində təcrübə
qazanmaq üçün bu ilin sentyabr ayında İsrailə gedəcək.
AzerTimes-ın
məlumatına görə, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Bakı
Ekspo Mərkəzində 15-ci “Caspian Agro” beynəlxalq kənd təsərrüfatı
sərgisi və 27-ci “InterFood Azerbaijan” beynəlxalq qida sənayesi
sərgisində jurnalistlərə deyib.
O bildirib ki, israilli həmkarı ilə birlikdə həmin tələbələrlə
görüşüb.
“Hesab edirəm ki, bizim gənc mütəxəsislərimizin həm İsraildə,
həm Türkiyədə və digər ölkələrdə öz təhsillərini davam etmələri və
təcrübə qazanmaları aqrar sahənin inkişafına dəstək olacaq”, – deyə
nazir bildirib.