Yunanıstan “Olimpiakos”unu Bakıda “Qarabağ”a qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununda az sayda azarkeş dəstəkləyəcək.
Ağdam klubundan AzerTimes-a verilən məlumata görə, Pirey təmsilçisi “köhlən atlar”dan cəmi 50 bilet istəyib.
Əldə olunmuş razılığa əsasən, 26-cı sektorun biletləri də “Qarabağ” tərəfdarları üçün satışa çıxarılıb. Həmin biletləri iticket.az və kassalardan almaq olar.
Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionuna keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.