50 mindən çox şəxsin işə cəlb edilməsi üçün proqram təkmilləşdirilir – Nazir

Xəbər - Elçin Mehdiyev – Trend:

Hazırda 56 min şəxsi əhatə edən ödənişli ictimai işlər proqramının təkmilləşdirilməsi tədbirləri aparılır.

AzerTimes-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında deyilib.

Nazir bildirib ki, ödənişli ictimai işlərə cəlb olunanlar əsasən ilkin peşə hazırlığı olmayanlardır:

“Buna görə də onların proqram çərçivəsində bu və ya digər konkret peşə sahələri üzrə işlə təmin edilməklə həmin sahələrə aid ilkin peşə biliklərinə, bacarıqlara yiyələnmələrinə, beləliklə, bu bacarıqlar hesabına gələcəkdə müstəqil şəkildə öz işlərini qura bilmələrinə şərait yaradılması da hədəflərdən biridir”.

Twitter: @ElchinMehdiyev

Teqlər: