Hazırda 50 minə yaxın Livan sakini ölkəni tərk edərək Suriyaya qaçıb.
AzerTimes xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi X hesabında məlumat verib.
“Livanda yaşayan 50 mindən çox livanlı və suriyalı Suriyaya köçüb. 200 mindən çox insan Livan daxilində köçkün vəziyyətinə düşüb”, – məlumatda bildirilib.
BMT nümayəndəsi qeyd edib ki, Livan sakinləri İsrail ordusunun hava hücumlarından xilas olmaq üçün ölkədən qaçıblar.