50 il əvvəl qəzaya uğrayan təyyarənin qalıqları tapıldı

50 il əvvəl qəzaya uğrayan təyyarənin qalıqları tapıldı

Fransada 50 il əvvəl qəzaya uğrayan təyyarənin qalıqları tapılıb.  

Alp dağlarında tapılan insan qalıqlarının 1950 və 1966-cı illərdə qəzaya uğrayan təyyarələrin sərnişinlərinə aid olduğu ehtimal edilir. İllərlə təyyarələrin qalıqlarını axtaran Daniel Roşe adlı adam “Mont Blanc” və “Bossons” buzlaqlarında araşdırma aparsa da, heç nə tapa bilməyib, lakin son araşdırmalarının nəticəsi olaraq 1 əl və 1 ayaq aşkarlayıb. İnsan qalıqlarının olduğu bölgədə 1950-ci ildə Air India havayolu şirkətinə aid sərnişin təyyarəsi qəzaya uğramış və 117 kişi ölmüşdü. 1966-cı ildə baş verən qəzada isə 48 nəfər dünyasını dəyişmişdi.

Qeyd edək ki, bir neçə həftə əvvəl İsveçrə Alplarında buzların arasından 2 nəfərin cəsədi tapılmış və onların 75 il əvvəl itən cütlüyə aid olduğu məlum olmuşdu.