5 və daha çox uşağı böyüdən qəyyumlara yaşa görə müavinət təyin olunması qaydası müəyyənləşib

5 və daha çox uşağı 8 yaşınadək böyüdən qəyyum kişilərə yaşa görə müavinətin təyin edilməsi üçün lazım olan sənədlər müəyyənləşib.

AzerTimes xəbər verir ki, bu barədə məlumat Nazirlər Kabinetinin “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nda etdiyi dəyişiklikdə öz əksini tapıb.

Belə ki, 5 və daha çox uşağı 8 yaşınadək böyüdən qəyyum kişilərə yaşa görə müavinətin təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısna aşağıdakılar daxildir:

– qəyyumluğu təsdiq edən sənədin surəti;

– qəyyum kişinin 5 və daha çox uşağı 8 yaşınadək böyütməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı;

-5 və daha çox uşağı övladlığa götürüb təkbaşına 8 yaşınadək böyüdən atalara yaşa görə müavinətin təyin edilməsi üçün:

– atanın 5 və daha çox uşağı növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyütməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı;

– uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti.

Teqlər: