5 rayonda ağaclar qanunsuz kəsildi: 72 minlik ziyan…

5 rayonda ağaclar qanunsuz kəsildi: 72 minlik ziyan…

Bakı şəhərinin Nizami, Nərimanov, Sabunçu rayonlarında, eyni zamanda Xaçmaz, Ağdam rayonları ərazisində ağacların qanunsuz kəsildiyi müəyyən edilib.

AzerTimes xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.

O bildirib ki, araşdırma zamanı Nizami rayonu ərazisində Xəzər İnşaat XXI Əsr MTK-ya, Nərimanov rayonu ərazisində Sizin Yurd MMC-yə, Sabunçu rayonunda vətəndaş Sevinc Aslanovaya, Xaçmaz rayonunda vətəndaş Çigali Yüzbəyliyə, Ağdam rayonunda isə vətəndaş Bəxtiyar Hüseynova məxsus ərazilərdə ağacların kəsildiyi və təbiətə ümumilikdə 72420 manat məbləğində ziyan dəydiyi məlum olub:

“Faktlarla bağlı akt tərtib edilib və yaşıllıqlara dəymiş ziyanın məbləği hər bir fakt üzrə cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.

Teqlər: