ABŞ, Fransa, Böyük Britaniya, Albaniya və Ukrayna BMT Baş katibini İran və Rusiya arasındakı hərbi əməkdaşlıqla bağlı araşdırma aparmağa çağırıb.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild danışıb.
“Rusiya və İranın hərəkətləri BMT Təhlükəsizlik Şurasının 2231-ci maddəsini pozur. Bu qətnamə bütün ölkələrə, o cümlədən Təhlükəsizlik Şurasının daimi üzvlərinə qurumun əvvəlcədən razılığı olmadan bu cür silahların İrandan ötürülməsini qadağan edir”, – Qrinfild qeyd edib.