5 min nəfərə “Müharibə veteranı” adı verilməsi barədə qərar qəbul olunacaq – MN

Müdafiə Nazirliyinin (MN) tərkibində fəaliyyət göstərən
komissiya tərəfindən Vətən müharibəsində iştirakı ilə bağlı
məlumatlarının araşdırılması yekunlaşan və arayış-məlumatları hazır
olan növbəti 5000 nəfərdən artıq vətəndaşın sənədləri “Müharibə
veteranı” adının verilməsi məqsədilə qərar qəbul edilməsi üçün
müvafiq komissiyaya göndərilib.

Trend xəbər verir ki, bu barədə MN “Facebook” səhifəsində
məlumat yayıb. Xəbərə görə, sənədləri göndərilən vətəndaşlar barədə
qərar qəbul edildikdən sonra onların da adları “Müharibə veteranı”
adının verilməsi üçün “Zəfər” altsisteminə daxil ediləcək.

Bundan sonra onlara da Azərbaycan Respublikası Prezidentinin
aylıq təqaüdünün (80 AZN) təyin edilməsi və 2022-ci ilin yanvar
ayının 1-dən hesablanaraq ödənilməsi təmin olunacaq.

Qeyd olunub ki, bu günədək Vətən müharibəsində iştirak etmiş
76000 nəfərə “Müharibə veteranı” adı verilib, müraciəti daxil olmuş
digər vətəndaşların Vətən müharibəsi iştirakı ilə bağlı
arayış-məlumatları isə tam hazırlanıb yekunlaşdıqdan sonra
baxılması və qərar qəbul edilməsi üçün müvafiq komissiyaya
göndəriləcək.

Bildiririk ki, hər bir vətəndaşın müraciətinə xüsusi həssaslıqla
yanaşılır: “Müraciətlərin araşdırılması fərdi yanaşma və vaxt tələb
etdiyindən vətəndaşlardan qarşıya çıxan qayğıları anlayışla
qarşılamağı xahiş edirik”.

Teqlər: