Malayziyanın ən zəngin adamının oğlu rahib kimi cəngəllikdə yaşamaq üçün 5 milyard dollarlıq səltənətdən imtina edib.
AzerTimes xəbər verir ki, bu barədə “Ekonomik Tayms“ (The Economic Times) yazıb.
Malayziyalı milyarder Ananda Krişnanın yeganə oğlu Ajahn Siripanyo monastır həyatını qəbul edib və 5 milyard dollarlıq imperiyadan imtina edib. Malayziyanın ən zəngin adamlarından biri olan Ananda Krişna telekommunikasiya, peyk, neft, daşınmaz əmlak və media sahələrini əhatə edən biznes şəbəkəsinə sahibdir.
Ajahn buddist rahib olmaq qərarını 18 yaşında verib. Əslində onun atası da bu inancdadır. Siripanyonun anası Suprinda Çakraban Tailand kral ailəsindəndir. İyirmi ildən artıqdır ki, Ajahn əsasən Tailand-Myanma sərhədi yaxınlığındakı Dtao Dum monastırında bir meşə rahibi kimi yaşayır. Materializmdən əl çəkib, ruzi üçün başqalarının səxavətinə arxalanaraq, sadə buddist prinsiplərinə əməl edir. Amma ailəsini unutmur və vaxtaşırı olaraq ata-anasına baş çəkir.
İki bacısı ilə yeniyetməlik illərini Londonda yaşayan, burda təhsil alan Ajahn 8 dildə mükəmməl danışır.