5 klub Azərbaycan Premyer Liqada iştirak üçün müraciət edib

Xəbər - Fərid Zöhrabov -Trend:

Klubların lisenziya almamağa əsas səbəb maliyyə meyarıdır.

Bu barədə Trend
AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov məlumat
verib.

Futbol üzrə ölkəmizin
I
divizionunda iştirak edən 5 klubun hamısı Premyer Liqada
iştirak üçün noyabr ayında müraciət edib.

E Məmmədov bildirib ki, hazırda sənədləşdirilmə prosesi davam
edir:

“Assosiasiya rəsmisi bildirib ki, klubların maliyyə sənədlərini
təqdim etmək üçün vaxtları var. Hazırda sənədlərin toplanması
prosesi gedir. Klublarda əsas çatışmazlıq maliyyə ilə bağlı olur.
Bununla bağlı sənədlər martın sonunda və ya aprelin əvvəlində
təqdim olunmalıdır. Komandalar digər meyarlarla bağlı sənədləri
veriblər. Lisenziyanı almamağa əsas səbəb olan meyar maliyyədir.
Bu, bütün dünya ölkələrində belədir”.

E. Məmmədov bildirib ki, Premyer Liqa üçün müraciətin aprelin
10-udur. Biz sənədləri topladıqdan sonra bunları qiymətləndirməli
və komissiya üçün hesabat yazmalıyıq. Bütün bunlarla bağlı mayın
əvvəlində qərar verə biləcəyik”, -deyə bildirib.

Qeyd edək ki, I divizionda iştirak edən “Qaradağ Lökbatan”,
“Kəpəz”, MOİK, “Zaqatala” və “Turan Tovuz” növbəti mövsüm elitaya
qatılmağa iddialıdır.

Teqlər: