Rəsmi şəkildə işğaldan azad olunan kəndlər bunlardır: Donetsk vilayətində Neskuçne, Bloqodatne, Makarivka, Storojeve (Mariupol istiqamətində) və Berxivka (Baxmut istiqamətində) yaşayış məntəqələri.
AzerTimes xəbər verir ki, bu barədə siyasi müşahidəçi Kamran Cəfərov qeyd edib.
O bildirib ki, hazırda Ukrayna ordusu çox maraqlı manevr həyata keçirir:
“Elə bir yolla irəliləyir ki, əsas zərbənin son ünvanını müəyyən etmək mümkün deyil. Ya Mariupol, ya da Berdyansk – Ukrayna SQ orta yol ilə irəliləyir və son məqamda hara zərbə vuracağı rusiyalılar üçün müəmmadır”.