5 ildir axtarışda olan şəxs tutulub

Uzun illər ərzində axtarışda olan şəxs tutulub.

Baş Prokurorluqdan AzerTimes-a verilən məlumata görə, 30 mart
2017-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri ərazisində Valeh
Nəcəfovun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən baş
nahiyəsinə odlu silahdan açılan atəşlə qəsdən öldürülməsi faktı ilə
bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin
müvafiq maddələri başlanaraq istintaqı aparılan cinayət işi üzrə
axtarışda olan şəxslərdən biri tutularaq istintaqa cəlb edilib.

Belə ki, qeyd edilən cinayət əməlinin törədilməsində iştirak
etmiş qrup üzvləri – İran İslam Respublikasının vətəndaşı Bəşir
Qahramani, İlham Həsənov, Rəşad Qurbanov, Xəyal Paşayev, Kənan
Həsənov, Bilal Bayramov, Allahverdi Ruzpeykar və Məhəmməd Əhmədova
Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilmiş,
həmin təqsirləndirilən şəxslər barəsində cinayət işi 24.05.2019-cu
il tarixdə məhkəməyə göndərilməklə barələrində ittiham hökmü
çıxarılıb.

Cinayət əməlinin törədilməsində təqsirli bilinən Azərbaycan
Respublikasının vətəndaşı Samir Kazımov və İran İslam
Respublikasının vətəndaşı Həsən Rəhbəriqaradağlı Cinayət
Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs
tərəfindən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam
öldürmə), 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən
xuliqanlıq törədildikdə) və digər müvafiq maddələri ilə
təqsirləndirilən şəxs qismində cəlb edilsələr də, istintaqdan qaçıb
gizləndiklərindən 01.05.2017-ci il tarixdə barələrində həbs
qətimkan tədbiri seçilməklə axtarış elan edilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilən
istintaq-əməliyyat tədbirləri nəticəsində axtarışda olan
təqsirləndirilən şəxs Samir Kazımov 12 may 2022-ci il tarixdə
tutulmuş, 18 may 2022-ci il tarixdə ona Cinayət Məcəlləsinin
120.2.1, 120.2.4, 221.2.1 və digər maddələri ilə ittiham elan
edilib.

Hazırda istintaq davam edir.

Teqlər: