5 ildə maaşlar 2,7 dəfə artıb – Nazirlik

5 ildə maaşlar 2,7 dəfə artıb – Nazirlik

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqları əsasında son beş ildə 4 sosial islahat paketi icra olunub.

AzerTimes xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov DOST Agentliyində “2018-2023: sosial islahatlar və əldə olunan nailiyyətlər” mövzusunda mətbuat konfransında deyib.

“4 milyondan çox vətəndaşı əhatə edən həmin sosial islahatlar nəticəsində minimum aylıq əmək haqqında 2,7 dəfə, minimum pensiyada 2,5 dəfə, orta aylıq əmək haqqında 65 faiz, median əmək haqqında 2,1 dəfə, əmək haqqı fondunda 2,5 dəfə, orta aylıq pensiyada 2,1 dəfə, sosial müavinət və təqaüd ödənişlərində 5 dəfə, ünvanlı sosial yardımın orta aylıq məbləğində 2,5 dəfə artım baş verib, 10-dan çox yeni sosial ödəniş növü təsis olunaraq və sosial təminat sistemində bir sıra humanist yanaşmalar, güzəştlər tətbiq edilməklə bu sistemin əhatə dairəsi daha da genişləndirilib. Həmin 4 sosial islahat paketi üzrə əlavə olaraq ayrılan illik vəsait 6,8 milyard manata çatıb” , – A.Kərimov bildirib.

Teqlər: