Yeni Zelandiyanın xarici işlər naziri Nanaya Mahuta çinli həmkarı Qin Qanqla görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə Yeni Zelandiya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Səfər zamanı nazir Makhuta Rusiyanın Ukraynaya qanunsuz müdaxiləsini pisləyib və ölkəsinin BMT Nizamnaməsinə və Ukraynanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsinə sadiqliyini təsdiqləyib.
Nanaya Mahuta Çinin yeni təyin olunmuş xarici işlər naziri Qin Qanqla ilk görüşündə deyib:
“Yeni Zelandiya Rusiyanın qeyri-qanuni müharibəsinə dəstək üçün göstərilən istənilən ölümcül yardımdan narahat olacaq”.
Qeyd edək ki, 2018-ci ildən bəri Yeni Zelandiya xarici işlər naziri Çinə ilk dəfə səfər edib.