Ötən həftə əməliyyat zamanı dünyasını dəyişən 32 yaşlı Vətən Müharibəsi qazisi Ayaz Nəcəfovun ailəsi pis vəziyyətdədir.
Bu barədə AzerTimes-a qazinin yaxınları məlumat verib.
Bildirilib ki, hazırda qazinin ailəsi maddi baxımdan çox çətin durumda yaşayır. Onun 3 övladının olduğu bildirilir.
Qeyd edək ki, qazimizin ailəsinə dəstək olmaq istəyənlər aşağıdakı bank hesabına pul köçürə bilərlər:
Kapital Bank: 4169 7413 5552 3158.
Qeyd edək ki, A.Nəcəfov 44 günlük Vətən müharibəsi dövründə bir çox ərazilərin azadlığı uğunda vuruşub və Prezident İlham Əliyevin sərəncamı ilə “Şuşanın azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilib.
Xatırladaq ki, A.Nəcəfov bir neçə gün öncə – sentyabrın 5-də M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində əməliyyat zamanı vəfat etmişdi.