5 ağsaqqal həbs edildi – azərbaycanlılar etiraza qalxdı

5 ağsaqqal həbs edildi – azərbaycanlılar etiraza qalxdı

Şərqi Azərbaycan əyalətinin Mərənd şəhərinin məhkəməsi qarşısında aksiya keçirilib.

AzerTimes xəbər verir ki, azərbaycanlı etirazçılar Zunuz bölgəsindən olan 5 ağsaqqalın azadlığa buraxılmasını tələb ediblər.

Həbs olunanlar qanunsuz mədən fəaliyyətləri və istismarı nəticəsində bölgədə ətraf mühitin məhv edilməsinə etiraz edən Zunuz sakinləridirlər.

Xatırladaq ki, yerli sakinlər və ətraf mühit fəalları yaranan ekoloji problemlərlə bağlı əlaqədar dövlət qurumlarına müraciətlərinin nəticə vermədiyi üçün dəfələrlə etiraz aksiyası keçiriblər.

Teqlər: