Futbol üzrə UEFA Millətlər Liqasında 2020/21 mövsümünün ilk turunun oyunları keçirilir.
Ötən gün daha 8 qarşılaşma baş tutub.
A Liqasının 1-ci qrupu çərçivəsində Niderland Polşanı, İtaliya isə Bosniya və Herseqovinanı qəbul edib. Niderland minimal qələbə qazansa da, İtaliya yığması xal itkisi ilə başlayıb.
Qeyd edək ki, C Liqasının 1-ci qurupunda yer alan Azərbaycan yığması mübarizəyə bu gün başlayacaq. Canni De Byazinin rəhbərlik etdiyi komanda Lüksemburq yığmasıyla Bakıda qarşılaşacaq.
UEFA Millətlər Liqası
1-ci tur
4 sentyabr
C Liqası, 4-cü qrup
Litva – Qazaxıstan 0:2
Qol: Zaynutdinov, 3. Kuat, 86.
Belarus – Albaniya 0:2
Qol: Çikalleşi, 23. Bare, 79.
A Liqası, 1-ci qrup
İtaliya – Bosniya və Herseqovina 1:1
Qol: Sensi, 67 – Dzeko, 57.
Niderland – Polşa 1:0
Qol: Berqveyn, 61.
B Liqası, 1-ci qrup
Norveç – Avstriya 1:2
Qol: Haland, 66 – Qreqoriş, 35. Sabitzer, 54-pen.
Rumıniya – Şimali İrlandiya 1:1
Qol: Puşkaş, 25 – Uayt, 86.
B Liqası, 2-ci qrup
Şotlandiya – İsrail 1:1
Qol: Kristie, 45 – Zahavi, 73.
Slovakiya – Çexiya 1:3
Qol: Şrans, 88 – Koufal, 48. Doçkal, 53-pen. Krmençik, 86.