Edinburq sakini tərəfindən Amerikanın “eBay” saytından 49 dollara alınan rəsm əsəri hərracda 158 min dollara satılıb.
AzerTimes xəbər verir ki, bu barədə “Tayms” məlumat yayıb.
Məlumata görə, natürmortün sonradan məşhur fin rəssamı Helen Şjerfbekin itmiş “Stəkandakı ağ qızılgüllər” əsəri olduğu məlum olub.
“Bonhams” hərrac evinin mütəxəssisləri də əsərin H.Şjerfbekə aid olduğunu və 1880-ci illərin sonlarında çəkildiyini təsdiqləyiblər.