Müştərilərə sərfəli şərtlərlə kredit təklif edən ABB-dən kreditin əldə olunması prosedurları indi daha rahatdır. Belə ki, ABB-nin əməkhaqqı kart sahibləri krediti Banka gəlmədən onlayn şəkildə də əldə edə bilərlər. Kredit üçün müraciət, kreditin rəsmiləşdirilməsi və əldə edilməsi Banka gəlmədən tam onlayn baş verir. Müştərinin sifariş etdiyi məbləğ birbaşa onun maaş kartı hesabına köçür. Bu imkandan yararlanmaq istəyən müştəri ABB mobil tətbiqinə daxil olaraq onlayn kredit sifariş verməlidir.
Kreditin şərtləri
Məbləğ – 10 000 manatadək
Müddət – 48 ayadək
İllik faiz dərəcəsi – kreditin müddətindən asılı olmayaraq – 16%
Zaminsiz
Komissiyasız
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.