46 aptekdə yoxlama: nöqsanlar aşkarlandı

46 aptekdə yoxlama: nöqsanlar aşkarlandı

Ötən ay 46 aptekdə yoxlamalar aparılıb, beşində nöqsanlar aşkarlanıb.

Bu barədə AzerTimes-a Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) bildirilib.

Bildirilib ki, yoxlamalar Bakı şəhəri üzrə 29, respublikanın digər şəhər və rayonlarında isə 17 aptekdə olub. Üç aptekdə plandankənar yoxlama həyata keçirilib. Yoxlamalar zamanı beş aptekdə nöqsanlar aşkarlanıb.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1-ci, 452.3-cü, 452.4-cü maddələri üzrə protokollar tərtib edilib.

Teqlər: