İstehlaka yararsız 72 adda 10,2 ton, Sun Food MMC-yə məxsus 34,53 ton müxtəlif növ qida məhsulu məhv edilib.
Bu barədə AzerTimes-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumat verilib.
Bildirilib ki, istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə daxil olan müraciət əsasında, AZ FP CO LTD MMC-yə məxsus 72 adda 10,2 ton, Sun Food MMC-yə məxsus 34,53 ton müxtəlif növ qida məhsulu Təmiz-Sumqayıt Kənan MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.