Xəbər - Fərid Zöhrabov -Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Trend Vətən müharibəsinin xronikasını təqdim edir.
– Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda və Şəhidlər xiyabanında olublar. Prezident İlham Əliyev noyabrın 8-də Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdə Şuşanın şəhərinin işğaldan azad olunduğunu bildirib.
– Birinci vitse-prezident Mehriban Əliyeva Şuşa şəhərinin azad olunması münasibətilə rəsmi “İnstagram” səhifəsində etdiyi paylaşımda Azərbaycan xaqlını təbrik edib.
– Ali Baş Komandan İlham Əliyev general Hikmət Mirzəyevi qələbə münasibətilə təbrik edib.
– Prezident İlham Əliyev Türkiyənin xarici işlər və milli müdafiə nazirlərini qəbul edib.
– Düşmən itkilər verərək geri çəkilməyə məcbur edilib. Düşmənin bir gündə darmadağın edilən texnikaları siyahısı açıqlanıb.
– Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub. Düşmən Tərtər, Ağdam və Ağcabədini atəşə tutub.
– Qubadlının işğaldan azad olunan Balasoltanlı kəndinin videogörüntüsü yayılıb.
– Azərbaycan Ordusu cəbhənin Xocavənd istiqamətində üstünlüyünü artırır. Cəbhənin Xocavənd istiqamətində düşmən yüksək vəzifəli şəxsləri məhv edilib. Xocavəndin işğaldan azad olunan Tsakuri kəndinin videogörüntüsü yayılıb. Azərbaycan Ordusunun cəbhənin Xocavənd istiqamətində keçirdiyi hücum əməliyyatı nəticəsində düşmənə ağır zərbələr endirilib.
– Azərbaycan Ordusu Şuşa şəhərinə tam nəzarət edir.
– Zəngilan rayonunun işğaldan azad olunan Vejnəli kəndinin videogörüntüləri yayımlanıb.
– Cəbhənin Xocavənd istiqamətində düşmən bəzi mövqeləri ataraq qaçmasının videogörüntüsü yayılıb.