Xəbər - Fərid Zöhrabov -Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Trend Vətən müharibəsinin xronikasını təqdim edir.
– Prezident İlham Əliyev Azərbaycan Ordusunun Cəbrayılın Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad ediyini açıqlayıb.
– Prezident İlham Əliyev Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibə verib.
– Birinci vitse-prezident Mehriban Əliyevan rəsmi “İnstagram” səhifəsində hər kəsi həqiqəti paylaşmağa dəvət edib.
– Müdafiə Nazirliyi Azərbaycan ərazisinin Ermənistandan raket atəşinə tutulduğunu açıqlayıb. Cəbrayılda ələ keçirilən düşmən texnikasının görüntüləri.
– Baş Prokurorluq erməni təxribatı nəticəsində 24 mülki şəxs həlak olduğunu və 121 nəfər yaralandığını açıqlayıb.
– Ermənistan Silahlı Qüvvələri Bərdə, Gəncə, Göygöl və Goranboyu atəşə tutub.
– Bərdəyə atılan raket mərmisinin qəlpələrindən 1 nəfər həlak olub, 3 nəfər yaralanıb.
– Müdafiə Nazirliyi işğaldan azad edilmiş Talış kəndinin videogörüntüləri yayılıb.
– Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərlə bağlı 19 cinayət işi açılıb.
– Ermənistan Ağcabədini atəşə tutub yaralananlar olub. Düşmənin 4 “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilib