Xəbər - Fərid Zöhrabov -Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Trend Vətən müharibəsinin xronikasını təqdim edir.
– Prezident İlham Əliyev Azərbaycan Ordusunun Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etdiyini açıqlayıb.
– Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.
– Prezident İlham Əliyev “Əl-Ərəbiyə” televiziya kanalına müsahibə verib.
– Prezident İlham Əliyev: Cəbrayıl rayonunun Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Decal kəndləri işğaldan azad edilib.
– Prezident İlham Əliyev Mayis Bərxudarov və Hikmət Mirzəyevi təbrik edib.
– Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib.
– Ötən il bu günü Suqovuşana Azərbaycan bayrağı asılıb
– Ermənistanın atəşi nəticəsində Beyləqan şəhərində 2 dinc sakin həlak olub, 2 nəfər isə xəsarət alıb, Baş Prokurorluq Gəncənin ağır artilleriyadan atəşinə tutulması barədə açıqlama yayıb. Ermənistanın Gəncəyə atdığı raketlər nəticəsində 1 mülki şəxs həlak olub, 4 nəfər yaralanıb
– Arayik Arutunyan barəsində cinayət işi başlanılıb.
– Azərbaycanın Baş prokuroru beynəlxalq təşkilatlara müraciət etdi
– Gəncədə erməni təxribatı nəticəsində yaralanan şəxslərin adları açıqlanıb.
– Mübariz İbrahimovun düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağı sancılıb.
– Müdafiə nazirliyi növbəti dəfə düşməndən götürülən xeyli sayda qənimətin görüntülərini paylaşıb.