44 günlük Vətən müharibəsinin xronikası: 31 oktyabr

Xəbər - Fərid Zöhrabov -Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Trend Vətən müharibəsinin xronikasını təqdim edir.

– Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibə verib.

Tərtər, AğdamAğcabədi rayonlarının ərazisi artilleriya atəşinə tutulub.

Müdafiə Nazirliyi cəbhədə oktyabrın 31-nə olan son vəziyyəti açıqlayıb. Düşmənin məhv edilən hərbi texnikasının siyahısı açıqlanıb. Qubadlını artilleriya atəşinə tutan düşmənin atəş nöqtələrinə cavab atəşi açılıb.

Ağcabədi rayonunun Qiyaməddinli kəndi atəşə tutulub. Düşmən Xocavənd istiqamətində fosfor tərkibli yük gətirməklə gələcək təxribatlarına zəmin yaratmağa çalışıb.

– Düşmənin döyüş texnikası və canlı qüvvəsi məhv edilməsinin videogörüntüsü yayılıb.

Ağdərə, Xocavənd, Qubadlı istiqamətlərində döyüşlər davam edib.

– Düşmənin kəşfiyyat-diversiya qrupu məhv edilib və iki hərbi nəqliyyat vasitəsi sıradan çıxarılmasının videogörüntüsü yayılıb.

Teqlər: