44 günlük Vətən müharibəsinin xronikası: 26 oktyabr

Xəbər - Fərid Zöhrabov -Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Trend Vətən müharibəsinin xronikasını təqdim edir.

– Prezident İlham Əliyev xalqa müraciət edib.

– Prezident İlham Əliyev xalqa müraciətində Zəngilan, Qubadlı, Cəbrayılın azad edilmiş kəndlərinin adlarını açıqlayıb.

– Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndləri və Qubadlı şəhəri işğaldan azad edilməsi münasibətilə bağlı paylaşım edib.

– Prezident İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib.

– Ermənistan silahlı qüvvələri bölmələrimizi artilleriya atəşinə tutub.

– Tovuz, Gədəbəy və Daşkəsən rayonları Ermənistandan atəşə tutulub.


– Ermənistan atəşkəs rejimini pozmaqda davam edib.

– Ağcabədi rayonu, Tərtər şəhəri atəşə tutulub.

– Düşmən kvadrokopteri məhv edilib.

– Düşmən Tərtəri “Smerç” ilə atəşə tutub.

– Qubadlı rayonunun işğaldan azad olunan Padar Xanlıq kəndlərinin videogörüntüsü yayılıb.

– İşğaldan azad olunan Qubadlı şəhərinin videogörüntüsü yayılıb.

Teqlər: