Xəbər - Fərid Zöhrabov -Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Trend Vətən müharibəsinin xronikasını təqdim edir.
– Prezident İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına müsahibə verib.
– Prezident İlham Əliyev Azərbaycan Ordusu Xocavənd rayonunun daha üç kəndini işğaldan azad edilməsi ilə bağlı paylaşım edib:
“Rəşadətli Azərbaycan Ordusu tərəfindən Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”
– Ermənistanın artilleriya batareyası məhv edilib, alay komandirinin müavini yaralandı. Gecə düşmənin məhv edilən hərbi texnikasının siyahısı açıqlanıb.
– Baş Prokurorluq sentyabrın 27-dən bu günə qədər Ermənistan silahlı qüvvələrinin dinc sakinlərimizə qarşı törətdiyi təxribatlar nəticəsində 47 dinc sakin ölüb, 222 nəfər xəsarət alıb.
– Müdafiə Nazirliyi Xocavəndin işğaldan azad olan kəndlərinin videogörüntüsünü yayıb.
– Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonlarının ərazilərini atəşə tutmaqda davam edib.
– Ermənistan Ordubada raket zərbəsi endirib.
– Ermənilər Ağdam rayonunun Əhmədağalılar kənd qəbiristanlığını ağır artilleriya atəşinə tutub.
– Müdafiə Nazirliyi İşğaldan azad olunan Hadrut qəsəbəsindən yeni videogörüntülərini yayıb. Azad olunan sərhəd zastavalarımız üzərində dövlət bayrağımız ucaldılıb.