44 günlük Vətən müharibəsinin xronikası: 12 oktyabr

Xəbər - Fərid Zöhrabov -Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Trend Vətən müharibəsinin xronikasını təqdim edir.

– Prezident İlham Əliyev Türkiyənin “Haber Global” televiziya kanalına müsahibə verib.

Ağdam rayonu ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub. Düşmən alayının tabor komandiri və xeyli sayda canlı qüvvəsi məhv edilib.

– Emənilərin Tərtər rayon Kəngərli kəndini top atəşinə tutması nəticəsində 1970-ci il təvəllüdlü Bəylərov Firudin Kamal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

– Müdafiə Nazirliyi düşmənin 3 PUA-sının məhv edilməsinin videogörüntülərini yayıb.

– Döyüşlərdə iştirak edən qoşunlar üçün səyyar təminat məntəqələri yaradılıb.

– Müdafiə Nazirliyi Cəbrayılın işğaldan azad olunan Süleymanlı kəndindən videogörüntülər yayıb.

– Emənilərin Gəncəyə raket atılması nəticəsində ölənlərin sayı 10- a çatıb.

Teqlər: