2020-ci ildəki 44 günlük müharibədən sonra 17 minə yaxın avtomat yoxa çıxıb.
AzerTimes xəbər verir ki, bu sözləri Ermənistan daxili işlər naziri Vahe Kazaryan İctimai Televiziyanın eifirində jurnalistin sualına cavab olaraq deyib.
Nazir avtomatların nə vaxt və harada yoxa çıxdığını, itkin silahların kimin balansında olduğunu açıqlamayıb.
Qeyd edək ki, 44 günlük savaş zamanı Ermənistan hakimiyyəti “cəbhəyə könüllü getmək istəyən” hər kəsə silah paylamağa başlamışdı. Bu silahların qeydiyyatı belə ciddi aparılmırdı və hələ o zaman silahları alıb, cəbhə əvəzinə evinə gedənlər haqda məlumat yayılırdı.
O vaxt kriminalistlər bu silahların Ermənistan üçün gələcəkdə ciddi problemlər yaradacağını bildirmişdilər. Hazırda da Ermənistanda silahlı münaqişələrdə avtomatlardan istifadə edilməsi adi hala çevrilib.