44 günlük müharibədə də Ermənistan tərəfdən eyni terror taktikasının şahidi olduq – Ceyhun Bayramov

Xəbər - Elçin Mehdiyev – Trend:

Üçtərəfli bəyanata Azərbaycan tərəfindən tam əməl olunsa da, Ermənistan tərəfdən eyni terror taktikasının şahidi olduq.

AzerTimes-ın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.

C.Bayramov bildirib ki, Ermənistan 1-ci Qarabağ müharibəsində olduğu kimi 44 günlük müharibə ərzində də eyni terror əməllərinə əl atdı: “Məqsəd kütləvi insan qırğınına gətirib çıxarmaq idi. Eyni terror tatikası tətbiq edildi, gecə zamanı, gözlənilmdən edilən hücumlar.

Ermənistan kasset bombalardan, raketlərdən, ağır texnikadan istifadə etməklə döyüş bölgəsindən uzaqda yaşayan günahsız insanları qətlə yetirdi. Bu onu göstərir ki, Ermənistanda rəhbərlikdə olan insanlar eyni terrorçu düşüncəyə malikdirlər”.

Teqlər: