44 günlük müharibə zamanı İran… – Ağacanyandan etiraf

44 günlük müharibə zamanı İran… – Ağacanyandan etiraf

İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif son açıqlamaları ilə sadəcə Tehranın mövqeyini gücləndirməyə çalışır.

AzerTimes Globalinfo.az-a istinadla xəbər verir ki, bunu “Ana Ermənistan” hərəkatının təşəbbüs qrupunun üzvü Dzünik Ağacanyan deyib.

O xatırladıb ki, Rusiya 44 günlük müharibə müddətində – 5 və 13 oktyabr tarixlərində – iki dəfə atəşkəs təklif edib:

“Həmçinin Moskva rəsmiləri ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndələri ilə təkbətək görüşlər keçiriblər. Zərif bu açıqlamaları ilə sadəcə İranın prosesdəki mövqeyini gücləndirməyə çalışır. Tehranın müharibə zamanı bəzi nümayəndələr vasitəsilə təkliflər göndərməsi, İrəvanın isə bunu rədd etməsi danılmaz faktdır”.

Ağacanyan qeyd edib ki, 2023-cü ildə keçirilən əməliyyatlar zamanı Rusiyanın o zamankı müdafiə naziri Sergey Şoyqu İrana səfər edib:

“O, Tehranda olduğu müddətdə Rusiya-İran adından Ermənistana məsələnin həlli üçün yeni təklif göndərilib. Lakin İrəvan bunu da qəbul etməyib. Bu baxımdan keçmiş İran rəsmisinin açıqlamalarında haqlılıq payı var. Sadəcə o zamankı vəziyyəti indiki şərtlərlə dəyərləndirmək doğru deyil. Həmin vaxt vəziyyət tamam fərqli idi. Hətta Rusiya belə vasitəçi statusundan başqa bir şeyə nail ola bilmədi”.

Xatırladaq ki, İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərifin Tehranda xatirələr toplusu nəşr olunub. Keçmiş XİN rəmisi xatirələrində Azərbaycanla münasibətlər, 44 günlük müharibə zamanı Tehranın atdığı addımlar, İrəvanla aparılan danışıqlarla bağlı detallara da yer verib.

Teqlər: