Xəbər - Orxan Nəbiyev – Trend:
44 günlük müharibə zamanı Ermənistanın törətdiyi hərbi cinayətləri araşdıran komissiyanın işi başa çatıb.
AzerTimes-ın məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib.
O bildirib ki, komissiyanın fəaliyyəti 5 aya yaxın müddətdə davam edib: “Azərbaycanın torpaqları olan Qarabağda Ermənistanın başladığı və 2020-ci ilin noyabrında Azərbaycanın zəfərlə bitirdiyi müharibə zamanı Ermənistanın törətdiyi cinayətlərin hər biri qeydə alınıb və araşdırılıb”.
Şentop əlavə edib ki, bu hesabat dünya ictimaiyyətinin diqqətini cəlb edəcək.