Rusiyada 43 yaşlı Azərbaycan vətəndaşı güllələnib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, hadisə Leninqrad vilayətinin Vsevolojsk rayonunun Novosaratovka kəndində baş verib.
Bildirilib ki, qadın polisə zəng edərək, Polevoy küçəsində qaynının güllələndiyini xəbər verib. Ayağından güllə yarası almış azərbaycanlı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Şübhəlinin hadisə yerindən qaçdığı bildirilir.
Faktla bağlı cinayət işi açılıb.