Xəbər - Elçin Mehdiyev – Trend:
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 29-30 aprel 2021-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarında iştirak etməyənlərin sayı açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən AzerTimes-a verilən məlumata görə, bu imtahanlarda iştirakı nəzərdə tutulan 30525 nəfərdən 423 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 6 nəfərin nəticəsi ləğv olunub.
İmtahan iştirakçıları arasında 1 nəfər – Şəmkir rayonu, Düyərli kənd 2 saylı orta məktəbinin məzunu maksimal olan 300 bal toplayıb. Həmin şagird 2 il əvvəl 9-cu sinif səviyyəsi üzrə buraxılış imtahanında da 256.2 bal toplamaqla yüksək nəticə göstərib.