+42°C isti davam edəcək

+42°C isti davam edəcək

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.   

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə +22-27°C isti, gündüz +34-39°C isti, Bakıda gecə +23-25°C isti, gündüz +36-38°C isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə +22-23°C, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda +24-25°C, Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə +21-26°C isti, gündüz +35-40°C, bəzi yerlərdə +42°C isti, dağlarda gecə 16-21° isti, gündüz +28-33°C isti olacağı gözlənilir.