42 deputat imza topladı: seçkiyə gedirik – Əhmədov

42 deputat imza topladı: seçkiyə gedirik – Əhmədov

Fikrimcə, bu parlament seçkiləri ilə əlaqədar ola bilər.

Bu sözləri AzerTimes-a açıqlamasında millət vəkili Vahid Əhmədov Milli Məclisin növbədənkənar sessiyasının şağırılması haqda danışarkən deyib.

Millət vəkili müzakirə edilə biləcək digər məsələlərdən də bəhs edib:

“Müəyyən məsələlərin və müvafiq qanun layihələrinin müzakirəsinə, qəbuluna ehtiyac var. Daxil olan əlavə vəsaitlə bağlı dövlət büdcəsinə müəyyən düzəlişlərin edilməsi mümkündür”.

Qeyd edək ki, Millət Məclisinin bu gün keçirilən iclasında növbədənkənar sessiyanın çağırılması üçün 42 deputat imza toplamağa başlayıb. Parlamentin Daxili Nizamnaməsinə əsasən, növbədənkənar sessiyasının çağırılması üçün müvafiq qaydada imzalar toplanmalıdır. Bundan sonra sədr 42 deputatın tələbi əsasında parlamentin növbədənkənar sessiyasını çağırır.

Teqlər: