Xəbər - Samir Əli – Trend:
İsmayıllı rayonunda orta məktəbdə qətl hadisəsi baş verib.
Trend- in məlumatına görə, hadisə rayonun Basqal kənd orta
məktəbinin qarşısında qeydə alınıb. məktəbdə gözətçi işləyən,
1997-ci il təvəllüdlü Əhmədli Bəxtiyar Qurban oğlu məktəbin texniki
işçisi, 1982-ci il təvəllüdlü Qəhrəmanova Gülarə Qara qızını
bıçaqlayaraq öldürüb.
B.Əhmədli hadisə yerindən qaçıb.
Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda araşdırma aparılır.
Hüquq-mühafizə orqanları tərəfindən B.Əhmədlinin axtarışları davam
etdirilir.