Xəbər - Samir Əli – Trend:
Bu günə qədər 40 şəhid ailə üzvü, 15 qazi “ASAN xidmət” mərkəzlərində işlə təmin olunub.
AzerTimes-ın məlumatına görə, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Fondun bir illik fəaliyyətinə dair mətbuat konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, 4700 nəfərdən çox şəhid və qazi ailəsinə Asan Xidmətdə növbədənkənar, imtiyazlarla xidmətlərdən yararlanıb.
“İndiyədək 65 milyon manat Fonda ianə olunub ki, onun da 50 milyon manatı müxtəlif istiqamətlər üzrə xərclənib”, – deyə agentlik sədri bildirib.