Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
AQTA-dan AzerTimes-a bildirilib ki, nəzarət tədbirləri çərçivəsində 9 fevral 2021-ci il tarixində ölkə üzrə 398 ictimai iaşə obyektində 621 monitorinq keçirilib. Monitorinqlər zamanı 40 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq ümumilikdə 25 200 manat məbləğində cərimə tətbiq olunub.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov, ev 15 ünvanında yerləşən, fiziki şəxs Cabbarov Rəşad Cabbar oğluna məxsus “Qaraj” kafesi;
2. Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov, ev 15 ünvanında yerləşən, fiziki şəxs Şəmmədov Nazim Allahyar oğluna məxsus “Əsrik Dərəsi” çay evi;
3. Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti, ev 115 ünvanında yerləşən, hüquqi şəxs “Es-Er” MMC-yə məxsus restoran;
4. Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov, ev 15 ünvanında yerləşən, fiziki şəxs Yaqubov Elşən Ziyadxan oğluna məxsus kafe;
5. Xətai Rayonu, G. Şıxlinski küç., ev 29/42 ünvanında yerləşən, fiziki şəxs Vəliyev Eşqin Müqabil oğluna məxsus “Göy-göl” kafesi;
6. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ştq, Nazim İsmayılov küç., ev 69 ünvanında yerləşən, fiziki şəxs Rüstəmov Zöhrab Sahib oğluna məxsus pub;
7. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran ştq, Nardaran qəsəbəsi, ev. 4/1 ünvanında yerləşən, hüquqi şəxs “Earr Group” MMC-yə məxsus “Rose Bar” restoranı;
8. Sumqayıt şəhəri, Bulvar ərazisində yerləşən, fiziki şəxs İbrahimov Ceyhun Həsən oğluna məxsus “Shani” restoranı;
9. Sumqayıt şəhəri, 9-cu mkr-da yerləşən, fiziki şəxs Paşayev İlman Mansur oğluna məxsus “Sərin” kafesi;
10. Sumqayıt şəhəri, 9-cu mkr-da yerləşən, fiziki şəxs Qasımlı Qasım Əkbər oğluna məxsus “Corona Pub” kafesi;
11. Abşeron rayonu, Fatmayı kəndində (Mehdiabad ərazisinə yaxın) yerləşən, fiziki şəxs Seyidov Nurəddin Mirəsəd oğluna məxsus “Şeff Lounge” restoranı;
12. Gəncə şəhəri, Nizami Gəncəvi 20. ünvanında yerləşən, hüquqi şəxs “Möcüzəli Naftalan-Sağlamlıq Mərkəzi” MMC-yə məxsus kafe;
13. Gəncə şəhəri, İslam Həsənzadə 23. ünvanında yerləşən, fiziki şəxs Cəfərov Sərxan Baloğlan oğluna məxsus çay evi;
14. Gəncə şəhəri, Dədə Qorqud 11D. ünvanında yerləşən, fiziki şəxs Kərimov Etibar Abbas oğluna məxsus kafe;
15. Şirvan şəhəri, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Əmirov Xəqani Nizami oğluna məxsus kafe;
16. Ağdaş rayonu, H. Əliyev prospektində yerləşən, fiziki şəxs İslamov İslam Abuzər oğluna məxsus kafe;
17. Ağdaş rayonu, Müşfiq İsayev küçəsi 7/4 ünvanında yerləşən, fiziki şəxs Rəsulov Araz Ərziman oğluna məxsus kafe;
18. Ağdaş rayonu, H. Əliyev prospekti 88 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Ruslan Yunus oğluna məxsus kafe;
19. Ağdaş rayonu, Qarağan kəndində yerləşən, fiziki şəxs Ağayev Elxan Cavanşir oğluna məxsus kafe;
20. Ağdaş rayonu, Qəbələ 4 yoIu, S. Salehov ünvanında yerləşən, fiziki şəxs Mehtiyev Arif Şoşan oğluna məxsus kafe;
21. Ağdaş rayonu, Ləki qəsəbəsində yerləşən, fiziki şəxs Bayramov Abbas İlyas oğluna məxsus kafe;
22. Lənkəran rayonu, Liman şəhərində yerləşən, fiziki şəxs Feyziyev Fariz Fayiq oğluna məxsus kafe;
23. Lənkəran rayonu, Liman şəhərində yerləşən, fiziki şəxs Əsgərov Rəşad Əfrail oğluna məxsus kafe;
24. Masallı rayonu, Təzə Alvadı kəndində yerləşən, fiziki şəxs Kazımov Sabir Məmmədəli oğluna məxsus kafe;
25. Masallı rayonu, Ərkivan kəndində yerləşən, fiziki şəxs Şamiyev Mahir Bəybala oğluna məxsus kafe;
26. Masallı rayonu, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Əsgərov Müşviq Müştaba oğluna məxsus kafe;
27. Göyçay rayonu, Natavan prospektində yerləşən, fiziki şəxs Kərimov Cavid Qalib oğluna məxsus kafe;
28. Göyçay rayonu, Natavan prospektində yerləşən, fiziki şəxs Əhmədov Arzu Arif oğluna məxsus kafe;
29. Göyçay rayonu, Natavan prospektində yerləşən, fiziki şəxs Məmmədov Hacı Vaqif oğluna məxsus pub;
30. Kürdəmir rayonu, Karrar kəndində yerləşən, fiziki şəxs Məmmədova Aynurə Rafiq qızına məxsus kafe;
31. Şamaxı rayonu, M. Ə. Rəsulzadə küçəsində yerləşən, fiziki şəxs Nəbiyev Səməndər Gülhəsən oğluna məxsus kafe;
32. Ağsu rayonu, Nüydü kəndində yerləşən, fiziki şəxs Osmanov Saleh Fəraiz oğluna məxsus kafe;
33. Xaçmaz rayonu R. Behbudov küçəsində yerləşən, fiziki şəxs Qasımov Vüqar Məmməd oğluna məxsus restoran;
34. Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən, fiziki şəxs Ələnmədov Vahid Qeybulla oğluna məxsus kafe;
35. Oğuz rayonu, H. Əliyev küçəsində yerləşən, fiziki şəxs Alxasov Asif Arif oğluna məxsus kafe;
36. Oğuz rayonu, Cavanşir küçəsində yerləşən, fiziki şəxs Abdıyev İsmayıl Yusif oğluna məxsus kafe;
37. Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən, fiziki şəxs Camalov Akif Yunis oğluna məxsus kafe;
38. Qazax rayonu, Çaylı kəndində yerləşən, fiziki şəxs Alıyev Murad Abduləli oğluna məxsus kafe;
39. Ucar rayonu, N. Nərimanov küçəsində yerləşən, fiziki şəxs Nağıyev İbadət Akif oğluna məxsus “Qumlaq” çay evi;
40. Beyləqan şəhəri, S. Qazıyeva küçəsində yerləşən, fiziki şəxs Hacızadə Məhəmməd Yusif oğluna məxsus “Sərin” kafesi.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.